Bakıda üç avtomobil toqquşub

Bakının Nəsimi rayonunda üç maşının toqquşması ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, qəza Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Qəza nəticəsində "KİA" "Mercedes" və "BMW" markalı avtomobillər toqquşub. Hadisə şahidlərin verdiyi məlumata görə, qəza "KİA"nın sürücüsünün gözləmə nişanının tələbini pozması nəticəsində baş verib. Qəzada xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Qəza ilə bağlı sözügedən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hər üç avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
















