Bakıda velosipedlərin hərəkəti üçün olan şərait müzakirə olunub

"Təəssüf ki, biz hələ də velosipedlərə əyləncə vasitəsi kimi baxırıq, nəqliyyat vasitələrindən biri kimi baxmırıq".
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Onun sözlərinə görə, Bakıda velosipedlərin hərəkəti üçün də şərait yoxdur. “Bəzən biz reytinq dalınca qaçırıq ki, Bakıda filan kilometr uzunluqda velosiped yolları çəkilib. Nəqliyyat Nazirliyinin qarşısına velosiped yolu çəkilib, hərdən pəncərədən baxıram, bir ildən artıqdır ki, bir dəfə də olsun üzərində velosipedlə gedən görməmişəm. Demək ki, düzgün layihələndirilməyib. Hazırda biz velosiped və skuterlərlə bağlı qanunvericiliyə dəyişiklik üçün layihə hazırlamışıq. Onu Daxili İşlər Nazirliyinə təqdim etmişik, onlar da bəyəniblər. Bundan sonra, velosiped yollarının düzgün layihələndirilməsi üçün mütəxəssis cəlb olunmalıdır. Velosipedin nəqliyyat vasitəsi kimi populyar olması üçün hələ görüləcək işlər çoxdur.”, - deyə nazir müavini qeyd edib.
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”











