Bakıda yağışın fəsadları hələ də qalmaqdadır - VİDEO

Bir neçə gün öncə yağan yağışın fəsadları Bakının qəsəbələrində hələ də qalmaqdadır.
Avtosfer.az-ın məlumatına görə, Xəzər rayonunun Binə qəsəbəsində kanalizasiya olmadığı üçün yağış suları həyətlərə, evlərin zirzəmilərinə dolub.
Sakinlər deyirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə rəğmən, problemə bir çarə tapan olmayıb. Əlacsız qalan sakinlər ərazidən suyu öz gücləri hesabına çıxartmağa çalışırlar.
Bənzər vəziyyət Xəzər rayonunun Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsində də yaşanır. Burada isə kanalizasiya xətti olsa da, küçələrdən su çəkilmir. Demək olar ki, bütün həyətlər yağış sularının altında qalıb və sakinlərin əşyaları yararsız hala düşüb.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, vəziyyətdən xəbərdardırlar və mərhələli şəkildə yağışdan ziyan çəkən vətəndaşlara yardım etməyə çalışırlar.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edildi ki, yığılan yağış sularını kənarlaşdırmaq üçün sukanal idarəsinin qəza briqadaları həmin ərazilərdə müvafiq işlər görürlər.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












