Bakıda yaşadığı evi qəlyanxanaya çevirən şəxslər ələ keçdi - FOTO/VİDEO

Nərimanov rayonunda karantin qaydalarını pozaraq onlayn yolla müştərilərə qəlyan sifarişi çatdıran şəxs saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törədərək sanitar-epidemioloji tələbləri pozan Rövşən Ağayev tutulub. Araşdırma zamanı onun qəlyan avadanlıqlarının onlayn yolla çatdırılmasını təşkil etdiyi məlum olub.
Faktla bağlı Rövşən Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Rövşən Ağayev 8 sutka inzibati qaydada həbs edilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı yaşadığı evdə karantin qaydalarını pozaraq müştərilər qəbul edib onlara pul müqabilində qəlyan təklif edən paytaxt sakini Nurlan Hüseynov da saxlanılıb. Onunla birlikdə qəlyandan istifadə edən daha 3 şəxs də Polis İdarəsinə dəvət edilib.
Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat cərimə ediliblər. Yaşadığı evdən qəlyanxana kimi istifadə edən Nurlan Hüseynov barəsində də protokol tərtib olunaraq qərar qəbul edilməsi üçün toplanmış material Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












