Bakıda yol polisinin binası yerlə-yeksan edildi - FOTOLAR

Bakıda sürətlə aparılan tikinti işləri Səbail rayonu, Bayıl qəsəbəsinə də çatıb. Artıq bu qəsəbədədə yaşayış və iaşə obyektlərinin alınması prosesi gedir. İllərdir sanki pusquda duran tikinti şirkətləri dənizə yaxın olan əraziləri zəbt etməyə başlayıblar. Yeni bulvarın, Dövlət Bayrağı Meydanının ətrafındakı əksər yaşayış binaları, idarə və müəssisələrin yerləşdiyi inzibati binalar bir-bir alınır. BP-Azərbaycan şirkətinin, Səbail rayon Məhkəməsinin ətrafındakı bütün yaşayış yerləri alınıb və hazırda söküntü işləri aparılır. Yaxın vaxtlar sözügedən şirkətin, məhkəmənin və onunla üzbəüz yerləşən təcili-yardım stansiyasının da köçürüləcəyi planlaşdırılır. Həmin ərazilərdə otel binaları və ofislər tikiləcək. Avtosfer.az-ın məlumatına görə, bu yaxınlarda köçürülmə növbəsi Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə də çatıb. Bir neçə gün əvvəl yol polisinin binası tikinti şirkətlərindən biri tərəfindən alınıb. Səbail rayon DYPŞ isə artıq 3 gündür öz binasından köçürülüb. Hazırda yol polisi şöbəsi 20-ci sahə yaşayır massivində, «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında yeni binada fəaliyyət göstərir. Ərazidə müşahidə aparan əməkdaşımız bildirib ki, bu, əvvəlkindən daha müasir və daha rahat binadır. Yol polisinin köhnə binası isə artıq yerlə-yeksan edilib. Bu ərazidəki bütün binalar alınıb və sökülüb. Dənizdən, yeni bulvardan təxminən 200 metr aralıda yerləşən bu ərazidə otel kompleksinin tikintisi planlaşdırılır.
Odur ki, Səbail rayon DYPŞ-yə yolu düşənlər əvvəlki ünvana deyil, yeni ünvana üz tutsunlar. Yeni ünvan Salyan yolu şosesidir. «Azpetrol»un yaxınlığında yeni və möhtəşəm binada fəaliyyətə başlayan Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin köhnə binası yoxdur.
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO
Brendlər, keyfiyyət və sərfəli qiymətlər - BBAK Outlet Mərkəzi - VİDEO














