Bakını polis nəzarətə götürdü

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibəti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, Bakı şəhərində bayram günlərində təhlükəsizliyin təmin edilməsi, asayişin qorunması məqsədilə zəruri tədbirlərin keçirilməsi nəzərdə tutulub: "Bununla əlaqədar, Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşları xidmətlərini gücləndirilmiş iş rejimi ilə davam etdirir. Bakı şəhərində bayram tədbirlərinin keçirildiyi ərazilərdə küçə və yollar polis tərəfindən tam nəzarətə götürülərək tədbir iştirakçılarının, sakinlərin hərəkətinin təhlükəsizliyi təmin ediləcək. Çalışacağıq ki, bayram günlərində yol-nəqliyyat hadisələri olmasın. Artıq yol polisi Bakı şəhərinin küçə və yollarında təhlükəsiz hərəkətin təbliği və davranış vərdişlərinin aşılanması ilə bağlı tədbirlərə başlayıb. Tədbirlər yanvarın 5-nə qədər davam etdiriləcək".
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu










