Bakının bu ərazisində piyadaların xaotik hərəkəti nəqliyyatı iflic edir - AÇIQLAMA

Bu gün piyadaların xətlənmiş piyada keçidlərindən qeyri-müntəzəm istifadə etməsi Bakıda tıxacların yaranmasına səbəb olan amillərdən hesab edilir. Məhz buna görə də bu məsələ Milli Məclisdə də qaldırılıb. Deputat Tahir Rzayev parlamentdə çıxışı zamanı yolu keçən hər bir piyadaya görə avtomobili saxlamağın uzun tıxacların yaranmasına gətirib çıxardığını deyib. Onun fikrincə, 8-10 nəfərin yol kənarında toplaşdıqdan sonra piyada keçidindən keçməsinə icazə verilməsi tıxacın da azalmasına imkan verə bilər.
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında bu məsələ ilə bağlı dünya təcrübəsinin mövcud olduğunu söyləyib.
Onun sözlərinə görə, Polşada 5-6 nəfər toplaşmamış işıqforun düyməsini basıb yaşıla keçmirlər: “Bu, həmin ərazidə formalaşmış bir yol mədəniyyətidir. Burada heç kimin hüququn pozulmasından söhbət getmir”.
Ekspert bildirib ki, Bakıda tıxacın yaranmasında birbaşa piyadaların xaotik hərəkətinin rolunun olduğu bir neçə ərazi var: “Nümunə olaraq deyim ki, İstiqlaliyyət küçəsi ilə Bünyad Səfərov küçəsinin kəsişməsi. Günün elə saatları var ki, oradakı kəsişmədə piyadaların xaotik hərəkəti nəqliyyatı iflic edir. Biri bu tərəfə, digəri o tərəfə keçir. Yolun boşalması üçün qarşı tərəfdən keçəni gözlədiyin halda əks tərəfdən daha bir piyada hərəkət başlayır və beləliklə, dayanıb gözlməyə məcbur olursan. Bu isə geridə böyük tıxacın yaranmasına gətirib çıxarır. İnsanlara yolun bir tərəfindən digər tərəfinə bu qaydada keçilməməsini aşılamaq lazımdır. Sadəcə bunu qanun və qaydalarla tənzimləmək olar. İndi ona əməl etmək məsələsi necə olacaq: bu başqa məsələdir. Hesab edirəm ki, bu, günün müəyyən saatlarına - xüsusilə pik saatlara uyğun tənzimlənir”.
E.Muradlı hesab edir ki, şəhərdə nəqliyyatın hərəkəti iflic olursa, bu məsələni hansısa bir formada tənzimləmək mümkündür: “İndi bu qaydanı pozan piyadaları cərimələmək üçün onların kamera ilə aşkarlanması mümkün deyil. Hər yolayırıcına bir polis nəfəri qoymaq da mümkün deyil. Əgər piyada keçidlərinə polis təhkim olunacaqsa, elə piyadaların hərəkətini polis özü tənzimləyər. Yəni bu cür variantlar da var. Amma bu, bir yol mədəniyyəti məsələsidir. Bunun qanun-qaydaya ehtiyacı olmamalıdır”./ İqtisadiyyat.az
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












