Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar AÇIQLANIB

Dünyanın bütün iri şəhərlərində olduğu kimi, iqtisadi və demoqrafik artım fonunda Bakının nəqliyyat sistemi də bir sıra ciddi çağırışlarla üz-üzədir.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Nazir qeyd edib ki, bu çağırışlara cavab olaraq dünya şəhərləri “avtomobil mərkəzli şəhər” yanaşmasından “insan yönümlü” yanaşmaya keçid edir:
"Bununla belə, bu keçid yalnız dövlət tənzimlənməsindən asılı deyil. Şəhər sakinlərinin nəqliyyat davranışlarının dəyişməsi də mühüm əhəmiyyət daşıyır. Uzun müddət müəyyən nəqliyyat növlərinə fokuslanmış vərdişlərin dəyişməsi zaman tələb edir. Lakin şəhərin nəqliyyat sisteminə olan tələb və təklifin proaktiv idarə edilməsi bu prosesi sürətləndirə bilər.
Bunun üçün bir neçə əsas addımın atılması vacibdir. Bir tərəfdən, nəqliyyat sistemində yetərli təklif təmin edilməlidir: küçə və yol infrastrukturu optimallaşdırılmalı, avtobusların sayı artırılmalı, dəmir yolu və metro xətləri genişləndirilməlidir. Digər tərəfdən, dövlət tənzimləməsi vasitəsilə parklanma tariflərinin tətbiqi, avtobus zolaqlarının pozulmasına görə cərimələrin sərtləşdirilməsi və tələbin idarə edilməsinə yönələn digər tədbirlər yeni nəqliyyat vərdişlərinin formalaşmasına şərait yarada bilər".
R.Nəbiyev hesab edir ki, mikromobillik (skuterlər və velosipedlər) üçün uyğun infrastrukturun olmaması onların təhlükəli nəqliyyat vasitəsi kimi qavranılmasına və bu sahədə vərdişlərin yaranmamasına səbəb olur:
"Halbuki aparılan tədqiqatlar göstərir ki, velosipedlə edilən hər 9 milyon səfərdən yalnız biri ölümlə nəticələnir. Bu isə mikromobillik üçün şərait yaradılmasının nəqliyyat sisteminin təhlükəsizlik və səmərəliliyini artıracağını bir daha təsdiqləyir".
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB












