Bakının Nərimanov, Səbail, Yasamal və Nizami rayonları ilə bağlı VACİB YENİLİK

Paytaxt ərazisində bəzi çoxmənzilli binaların qiyməti arta bilər. Buna səbəb həm dövlət ipotekasına, həm də bankların təklif etdiyi daxili ipoteka təkliflərinə yararlı olan mənzillərin artıq 1970-ci ildən sonra istifadəyə verilən binalara aid deyil, 2000-ci ildən sonra istifadəyə verilən binalara şamil olunmasıdır. Belə olan halda bazarda ipotekaya salınacaq 2000-ci ildən sonra istifadəyə verilən binalara tələbat artacaq.
Mövzu ilə bağlı Avtosfer.az-a açıqlama verən əmlak məsələri üzrə ekspert Ramil Qasımlı 2000-ci ildən sonra istifadəyə verilən binalardakı evlərə tələbatın çoxalmasının həmin mənzillərdə qiymət artımına səbəb olacağını deyib:
"Həmin binalarda qiymət artımı olacaq. İpoteka ilə bağlı təklif ildən-ilə azalır, azaldıqca da bu qiymətləri artırır. Bu da öz növbəsində həmin çoxmənzilli binaların qiymətində bahalaşma yaradacaq, hətta ola bilsin ki, həmin evləri əldə etmək mümkün olmasın. Çünki sözügedən binalarda mənzillər 100 kvadratmetrdən çoxdur. Həmin binalarda evlərin bir kvadratmetri 2000 AZN-dən hesablanır. Bu da 200 min AZN edir. Nəticədə vətəndaş həmin imkandan yararlana bilməyəcək. Bu da çətinlik yaradacaq".
Ekspert qiymət artımı olacaq binaların (ipotekaya salınacaq 2000-ci ildən sonra tikilən binalar) Bakının hansı ərazisində yerləşdiyini də açıqlayıb.
Onun sözlərinə görə, belə binalar əsasən Nərimanov, Səbail, Yasamal, Nizami, Xətai rayonlarda, o cümlədən Nəsimi bazarı yaxınlığında yerləşir, qismən Suraxanı və Qaradağ kimi rayonları da əhatə edir.
Ramil Qasımlı açıqlaması zamanı, qiymət artımının alıcılıq qabillyətini aşağı sala biləcəyini də istisna etməyib:
"Proqnozlara görə, sahəsi kiçik olan mənzillərin qiyməti daha çox arta bilər. 2000-ci ildən sonra istifadəyə verilən ipotekaya daxil olacaq binalar 100 kvadratmetrdən az deyil. Bu da ola bilsin ki, alıcıların cibinə uyğun olmasın. Belə olan halda bazarda tələb azalacaq, qiymət artımı da alınmayacaq".
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












