BakuBus-da yanğın yox, tüstülənmə olub - BNA - FOTO

Bu gün gündüz saatlarında 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun sərinləndirmə sistemində əmələ gələn texniki nasazlıq səbəbindən tüstülənmə hadisəsi baş verib. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayev məlumat verib. O bildirib ki, sürücü təlimata uyğun davranaraq ilk növbədə sərnişinlərin avtobusdan çıxmasını təmin edib və dərhal müdaxilə edərək tüstülənmənin qarşısını alıb: "Qeyd edim ki, bir sıra informasiya saytlarında baş verənlər yalnış formada təqdim edilərək avtobusda yanğın hadisəsinin olması kimi göstərilib. Lakin təqdim edilən fotolardan da aydın şəkildə göründüyü kimi sərinləndirmə sistemində yanğın olmayıb.
Bildiririk ki, əhali arasında ciddi narahatlıq və çaşqınlıq yaratmamaq məqəsdilə bu cür informasiyalara həssaslıqla yanaşılmalı və araşdırılmadan ictimaiyyətə ötürülməməlidir".
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO














