Deputat sərt karantinə qayıtmamağın yolunu GÖSTƏRDİ

Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bütövlükdə, regionda virusun yeni dalğası qeydə alınmaqdadır. Aydındır ki, sərt karantin tədbirləri real sektordakı aktiviyi qorumaq baxımdan arzuolunan deyil. Amma epidemioloji vəziyyətin necə dəyişməsi bu istiqamətdə qəbul ediləcək qərarlara birbaşa təsir göstərəcək.
Modern.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrin, xüsusilə Böyük Britaniyanın təcrübəsi göstərir ki, sərt karantin tətbiq edilməməsi üçün ən məqbul yol vaksinasiya səviyyəsini artırmaqdır. "Ümumdünya Səhiyyə Təşkilatı əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək 5 milyon 607 min peyvənd aparılıb. Hər iki doza peyvənd olunanların sayı isə 2 milyon 320 min nəfərdir. Bloomberg-in məlumatına görə, Azərbaycanda əhalinin cəmi 28.1 faizi hər iki doza peyvənd olunub. Tam vaksinasiya səviyyəsinə görə, Azərbaycan Qazaxıstan ilə birlikdə MDB-də ilk yerləri bölüşsə də, peyvənd olunan vətəndaşlarımızın sayı hələlik ÜST-nin 65 fazilik tövsiyyəsindən aşağıdır.
Ötən ilin yaz aylarında tətbiq edilən sərt karantin tədbirləri Azərbaycanda iqtisadiyyatın 20 fəaliyyət sahəsinə təsir göstərmişdi. Onlardan 11-də fəaliyyətlərin tamamilə dayandırılması qeydə alınmışdı. Bu ilin 7 ayında 2.7 faizlik iqtisadi artım qeydə alınmasına isə fevral ayından sonra sərt karantin tədbirlərinin yumşaldılmasının xüsusi təsiri oldu. Bu baxımdan, sərt karantinin tətbiq olunmaması və yoluxma sayının optimallaşdırılması üçün hər birimizin vaksinasiya prosesində fəal iştirakımız vacibdir. Yalnız qaydalara əməl etmək və peyvənd olunmaqla əvvəlki normal həyata qayıtmaq mümkündür", - deyə deputat vətəndaşlara çağırış edib.
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?












