Bankların “səssiz” fırıldağı – Müştərilər niyə sonradan xəbər tutur?

Bank xidmətlərindən istifadə edən müştərilər arasında ən çox narazılıq doğuran məsələlərdən biri müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsidir. Xüsusilə kredit və ya debet kartı əldə edərkən müştəri bankla müqavilə bağlayır, faiz dərəcələri və digər xidmət haqları müqavilədə dəqiq göstərilir. Ancaq bəzi hallarda bank müqavilənin qüvvədə olduğu müddətdə şərtləri xəbərdarlıq etmədən dəyişir ki, bu da müştərilərin hüquqlarının pozulması kimi qiymətləndirilir.
Müştəriyə xəbər verilmədən faizlərin və ya xidmət haqlarının dəyişdirilməsi qanunidirmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı ekspert Əkrəm Həsənov prosesin qanuni tərəfini belə açıqlayıb:
“Banklar müəyyən hallarda xidmət tariflərini dəyişə bilərlər. Bu, sağlam məntiqə əsaslanan normal haldır, çünki bank hesabı üzrə müqavilə 5 və ya daha çox müddətə bağlansa da, tariflərin vaxt aşırı dəyişməsi mümkündür. Bu, bankın ömrünün sonuna qədər eyni şərtlərlə xidmət göstərməsi anlamına gəlmir və banklara qarşı da düzgün yanaşma olmaz. Lakin vacib məqam odur ki, tarif dəyişikliyi barədə müştəriyə mütləq məlumat verilməlidir. Məlumatlandırma internet saytına baxmaq prinsipi ilə məhdudlaşmamalıdır. Daha doğru yanaşma SMS və ya məktub vasitəsilə rəsmi bildiriş göndərilməsidir. Əks halda, müştərinin məlumatlandırılmaması məhkəmə predmetinə çevrilə bilər”.
Ekspert sözügedən məsələyə Mərkəzi Bankın da qarışmasını tövsiyə edir:
“Bu məsələdə Mərkəzi Bank qabaqcadan düşünərək istehlakçı hüquqlarının müdafiəsi baxımından dəqiq qaydalar müəyyən etməlidir. Tarif dəyişikliyi ilə bağlı məlumat hansı formada və nə qədər müddət əvvəl verilməlidirsə, bu, şəffaf şəkildə göstərilməlidir”.
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO












