Baş nazir post usual altında olan Stramer Çinə niyə getdi? – Politoloq səbəbləri AÇIQLADI - FOTO

Ötən həftə Birləşmiş Krallığın Baş naziri Kir Stramerin Çinə səfəri bir sıra müəmmalı məsələləri özü ilə gündəmə gətirdi. Belə ki, bir sıra beynəlxalq dairələrdə ABŞ-nin Çinə qarşı tətbiq etdiyi tariflər fonunda müttəfiqi, bir sıra təşkilatlarda birlikdə hərəkət etdiyi Birləşmiş Krallığın Çinlə əməkdaşlığı genişləndirmə cəhdi birmənalı qarşılanmadı. Digər tərəfdən Çinin Sakit okeanda gücünün əleyhinə pandemiya dövründə qurulan AUKUS (Avstraliya, Birləşmiş Krallıq, ABŞ) təşkilatı fəaliyyətini gizli çərçivədə yürütdüyü dövrdə bu cür əməkdaşlıq ABŞ-yə, onun tariff siyasətinə qarşı atılan addım kimi düşünüldü.
Avtosfer.az xəbər verir ki, Avropanın seçilən nəşrlərində Kir Stramerin Çinə səfərini postda qalmağın son çırpınışları kimi təqdim olundu.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova Avtosfer.az-a açıqlamasında bildirib ki, Çinlə Amerikanın iqtisadi baxımdan müharibəsi bütün dünyaya təsir göstərir və İngiltərənin iqtisadi və siyasi baxımdan olan ölkəyə təsirlərin minimum düşməsi məqsədilə Çinlə münasibətləri yaxşı tutması başa düşüləndir. Məlum olduğu kimi, Tramp hər kəsi tariflərlə sınağa çəkir və tariflərlə hamını özünün ayağının altına çəkməyə başlayıb.

“Yəni, əgər kimsə onun istədiyini eləməsə, tarifləri qaldıraraq istədiklərini ona etdirir. Biz bunu artıq Avropa dövlətləri timsalında da görürük. Eyni zamanda Çinə, Tayvanan, Rusiya olan məsələlərdə, yəni hər birində tariflərlə oyun oynayaraq öz sözünü yeritməyə çalışan ABŞ, təbii ki, bunu həm də Avropanın ən güclü ölkələrindən biri olan, öz siyasətini yürüdən İngiltərəyə də tətbiq eləmək niyyətindədir.
Çinin üzərindən İngiltərənin başqa ölkələrlə də arasında böyük bir kontraktlar var və bu ölkələr İngiltərəyə yüksək investisiyalar ayırır. Təbii ki, qarşılıqlı işlər getdiyinə görə, investisiyalar və kontraktlara görə burada o tariflərlə bağlı Stramer Çinə gedərək yeni razılaşmalar, yeni məsələlərin danışması və gələcək addımların hesablanması, yəni bir növ, İngiltərənin, Amerikanın həmlələrinə qarşı edəcək addımları öyrənməyə çalışdı”.
Səfər

Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












