BBAK-da bileti bu vaxtadək almaq mümkündür!

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) böyük sərnişin axınını nəzərə alaraq reyslərin vaxtında yola düşmələri, avtobusların düzgün komplektləşdirilməsi və digər təşkilati məsələləri əngəlsiz təmin etmək məqsədilə müvafiq qanunvericiliyə əsasən bilet alışı prosesinə dəyişiklik edilib. Avtosfer.az bu barədə BBAK-a istinadən xəbər verir.
Bildirib ki, şəhərlərarası və rayonlararası reyslər üzrə bilet satışları avtobusların yola düşməsinə 15 dəqiqə qalmışa qədər həyata keçirilir. Avtobusun yola düşməsinə 15 dəqiqədən az vaxt qaldıqda biletlər artıq növbəti reys üçün satılır. Bu qayda “biletim.az” portalı üzərindən və avtovağzalın kassalarından əldə edilən biletlərə şamil olunur.
Qeyd edək ki, bu qayda ilkin mərhələdə digər şəhər və rayon avtovağzallarına şamil edilmir. Sərnişinlərdən bilet alarkən BBAK-a çatma vaxtlarını müvafiq qaydaya əsasən tənzimləmələri xahiş olunur. Qeyd edək ki, kassaya gəlmədən, öncədən rahat şəkildə bilet almaq üçün “biletim.az” platformasından istifadə etmək tövsiyə olunur. Daha sərfəli qiymət və yer seçimi imkanından yararlanın!

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












