Bərdədə sürücünü bıçaqlayıb avtomatla havaya güllə atan şəxs tutuldu

Noyabrın 1-i, saat 20:00 radələrində Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisində kənd sakini Ə.Nəsirovun Tərtər rayon sakini Ə.Bağırovun idarə etdiyi “VAZ-21102” markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib avtomobildən düşərək qaçması, daha sonra Ə.Bağırovun avtomobilin yük yerində olan avtomat silahı götürüb onun həyətinə gələrək orada havaya atəş açıb avtomobillə getməsi barədə rayon polis söbəsinə məlumat daxil olub. Avtosfer.az xəbər verir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Ə.Bağırov saxlanılıb. Ondan “AK” markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanıb.
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI










