Beyləqanda şirkətdən 89 min manat oğurlanıb - FOTO

Beyləqan Rayon Polis Şöbəsinə 1-ci Şahsevən kəndi ərazisində yerləşən şirkətlərin birindəki kassadan 89 000 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 13-də RPŞ-yə daxil olmuş müraciətlə əlaqədar olaraq müvafiq araşdırmalara başlanılıb.
“İsti izlərlə” və peşəkarlıqla davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 1-ci Şahsevən kəndində yaşayan İlkin Nərimanov və Vaqif Pənahlı oğurluqda şübhəli bilinərək saxlanılıblar.
Dindirilmə zamanı şirkətin əməkdaşı kimi fəaliyyət göstərən V.Pənahlının pulu oğurlayaraq İ.Nərimanova verməsi müəyyən edilib. İ.Nərimanovun yaşadığı ünvana baxış keçirilən zaman döşəmənin altında sellofan paketdə gizlətdiyi, məbləğin bir qismi - 41 000 manat və 1 680 ABŞ dolları maddi sübut kimi götürülüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Oğurlanmış məbləğin digər qisminin də müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












