Beynəlxalq avtovağzalda bilet qalmaqalı - FOTO

Vətəndaş Bakı Beynəlxalq Avtovağzal Kompleksindən narazıdır.
Oxu.Az-a müraciət edən vətəndaş iddia edib ki, Bakıdan Tovuz rayonunun Qovlar şəhərinə getmək üçün bilet almaq istəsə də, ona avtobusun Qırmızı Körpü istiqamətində getdiyini bildiriblər:
“Kassir mənə bildirdi ki, Bakı-Qırmızı Körpü avtobusu yola düşür, həmin avtobusla Qovlara gedə bilərsiniz. Mən də razılaşdım və mən 11,90 manata bilet aldım. Mən biletin qiymətinin belə baha olmasını soruşanda kassadakı qız bildirdi ki, bileti Qovlara qədər yox, Qırmızı Körpüyə kimi verib.
Mən kassirə öz iradımı bildirdikdə o, mənə dedi ki, hər avtobusda beş nəfərə getdikləri yerə kimi bilet yazılır, qalan sərnişinlərə isə hara getdiyindən asılı olmayaraq, Qırmızı Körpüyə kimi yazılır”.
Məsələ barədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxladıq.
DANX-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Oxu.Az-a açıqlamasında bildirib ki, sakin müraciət edən zaman bilet istədiyi saata marşrut olmayıb:
“Vətəndaşa bildirilib ki, istədiyi saatda Qovlara marşrut olmadığı üçün Qırmızı Körpü istiqamətinə gedə bilər. Həmin istiqamətə də biletin standart qiyməti var. Sərnişinin istədiyi vaxtda gedəcəyi istiqamətə bilet, yaxud marşrut xətti yoxdursa, o zaman ona təklif olunan alternativ xəttə uyğun bilet təklif olunur və biletin də tam qiyməti ödənilməlidir”.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










