Beynəlxalq Mülki Aviasiya Təşkilatı Azərbaycanı təltif edib - FOTO

Azərbaycan uçuşların təhlükəsizliyinə effektiv nəzarət sisteminin yaradılmasındakı nailiyyətlərinə görə təltif edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə RİİN məlumat yayıb.
Qeyd edilib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Kanadanın Monreal şəhərində yerləşən mənzil-qərargahında ICAO Assambleyasının 42-ci sessiyası keçirilir. 181 ölkə və 53 beynəlxalq təşkilatdan 2639 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti təmsil edir.
Sessiyanın açılış gününün plenar iclasında Azərbaycan uçuşların təhlükəsizliyinə effektiv nəzarət sisteminin yaradılması, ICAO Standartlarının və tövsiyə olunan təcrübələrin həyata keçirilməsindəki nailiyyətlərinə görə İSAO Şurası prezidentinin “Yüksək nailiyyətlərə görə şəhadətnamə”si ilə təltif edilib.
ICAO Assambleyasının sessiyası dövlətlərin yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə üç ildə bir dəfə keçirilir. Assambleya ICAO Şurası ilə yanaşı, idarəedici orqandır və görülmüş işlərin təhlili, təşkilatın siyasətinin müəyyənləşdirilməsi və büdcənin təsdiq edilməsi üçün toplanır. Builki sessiyanın proqramına ICAO-nun son üç il ərzində fəaliyyəti barədə hesabatın müzakirəsi; ICAO Şurasına seçkilər; mülki aviasiyanın müxtəlif sahələrinə dair komitə və komissiyaların hesabatlarının müzakirəsi; təşkilatın maliyyə fəaliyyəti və növbəti illərin büdcəsinə baxılması məsələləri daxildir.
Sessiya zamanı Azərbaycan nümayəndə heyətinin ikitərəfli görüşləri planlaşdırılır.




Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












