Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar - YENİLƏNİB - FOTO

Azərbaycanda üç günlük səfərdə olan “Türkiyə Səyyahlar Klubu” dərnəyinin - beynəlxalq səyyahların növbəti və son ünvanı Cəbrayıl rayonundakı Xudafərin körpüsü olub.
“Report”un Cəbrayıla ezam olunan müxbirinin xəbərinə görə, səyyahlar həmçinin tarixi abidənin yanında yerləşən və ermənilərin dağıtdığı Tirə kəndini ziyarət ediblər.
Qonaqlara Xudafərin körpüsünün tarixi barədə məlumat verilib. Bildirilib ki, ermənilər abidəni 27 il işğal altında saxlayıblar. Xudafərin körpüsünün və ətraf ərazilərin 2020-ci il oktyabrın 18-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi diqqətə çatdırılıb.
Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmaniya) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, budəfəki heyətə “Türkiyə Səyyahlar Klubu” dərnəyinin prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.
09:10
Azərbaycanda səfərdə olan “Türkiyə Gəzginlər Klubu” dərnəyinin beynəlxalq səyyahlarının növbəti ünvanı Şərqi Zəngəzurun Zəngilan rayonunun Ağalı kəndi olub.
“Report”un xəbərinə görə, türkiyəli beynəlxalq səyyahlar işğaldan azad edilən Ağalı kəndində yenidən canlanan həyatla tanış olublar.
Səfərlərinin üçüncü günündə Ağalı kəndinə gələn qonaqlara Zəngilan rayonu barədə məlumat verilib. Bildirilib ki, Zəngilan 27 il düşmən işğalında qaldığı zaman şəhər mərkəzi ilə bərabər, 5 qəsəbə və 79 kənd tamamilə yerlə bir edilib. Rayon əhalisi öz doğma yurdundan didərgin salınaraq məcburi köçkün olub. Yaşayış yerləri, tarixi mədəni və dini abidələr dağıdılıb. Həmçinin erməni işğalı zamanı Zəngilan ekoloji terrora məruz qalaraq flora və faunası da məhv edilib. Yaşı 300 ildən çox olan palıd, çinar ağacları, həmçinin hektarlarla qoz ağacları və digər yaşıllıqlar qırılıb.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi zamanı Zəngilan erməni işğalından azad edilərək əsl sahiblərinin nəzarətinə keçib. Vurğulanıb ki, 27 il düşmən əsarətində qalan Zəngilan artıq iki ildir çiçəklənməyə başlayıb.
Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, “Nomadmania”) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, budəfəki heyətə “Türkiyə Gəzginlər Klubu”nun prezidenti, “Nomadmania”nın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS










