"Bəzi sürücülər yol nişanlarını tanımır, vəsiqə ilə bağlı qaydalara yenidən baxılmalıdır" - Deputat
Gündəm
15 Oktyabr 2021 18:53

"Aeroport yolunda baş verən avtoqəzanın video görüntülərinə baxdıqda aydın olur ki, vətəndaşlar dayanacaqdan xeyli qabaqda dayanıblar. Həyatını itirənlərin çoxu dayanacaqdan 10 metr qabaqda ayaqüstə dayananlar olub. Yəni, vətəndaşların avtobus gözləyərkən dayanacaqda dayanmaları məsləhətdir. Belə hallara çox rast gəlinir, vətəndaşlar dayanacaqdan xeyli kənarda dayanırlar. Xüsusilə nəqliyyat vasitələrinin hərəkət etdiyi yerdə yol boyu dayanmaq təhlükəlidir. Ötən gün baş verən ağır yol nəqliyyat hadisəsi də buna nümunədir". Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. O bildirib ki, Suraxanı dairəsində baş verən avtoqəza zamanı 5 nəfər həyatını itirib, 25 nəfər xəsarət alıb: "Bu, müharibə zamanı hansısa döyüşün nəticəsinə bərabərdir. İlkin məlumatlara görə, qəzaya səbəb sürücünün yuxulu olması olub, lakin hər bir halda burada təcrübəsiziliyi də görmək mümkündür. Nəzərə alaq ki, hadisəni törədən vətəndaş 2002-ci təvəllüdlüdür. Sürücülük vəsiqəsində qeyd edilən BC kateqoriyası vətəndaşa yük avtomobilini də idarə etməyə imkan verir. Azərbaycanda 18 yaşlı gənclərin də BC kateqoriyası üzrə imtahan verib, sürücülük vəsiqəsi almaq hüququ var. Bu, qanunvericiliklə tənzimlənsə də, hesab edirəm ki, məsələyə yenidən baxılmalıdır. Misal üçün, vətəndaşın yalnız 5 illik təcrübədən sonra BC kateqoriyası üzrə müraciət edə bilməsi tətbiq edilməlidir. Digər tərəfdən, sürücülük vəsiqəsini nəyəsə xatir əldə etmək olmaz, çünki insan həyatından söhbət gedir. İnsanları təhlükə qarşısında qoymaq yolverilməzdir. Bu məsələyə mütləq ciddi nəzarət etmək lazımdır. Azərbaycanda il ərzində baş verən yol qəzalarında mindən çox insan həyatını itirir və ya müxtəlif dərəcəli bədən xəsarətləri alaraq əlil olurlar. Bu da əksər hallarda sürücülərin səriştəsizliyi, laqeydliyi və ya içkili olması nəticəsində baş verir. Bəzi sürücülər heç yol nişanlarını da bilmirlər. İmtahan vermədən vəsiqə əldə etmək xoşagəlməz hadisələrə səbəb olur. Onu da qeyd etmək lazımdır ki, Prezidentin imzaladığı yeni fərmanla nəqliyyatla əlaqədar yaradılmış agentlik öz işinə başlayacaq. Hesab edirəm ki, Bakıda, o cümlədən digər böyük şəhərlərdə tıxacların azalması ilə bağlı ciddi addımlar atılmalıdır. İş yerləri, orta və ali məktəblərin fəaliyyəti bərpa olunduqdan sonra tıxaclara daha çox rast gəlirik. İki-üç il əvvəlki vəziyyətlə müqayisə etsək, maşın sayında da artım olduğunu görərik".
M.Cəfərovun dediyinə görə, tıxacların qarşısını almaq üçün dünya təcrübəsindən yararlanmaq mümkündür: "Misal üçün vətəndaşları ictimai nəqliyyatdan istifadəyə sövq etmək lazımdır, çünki orada gecikmədən söhbət gedə bilməz. Yeni yaradılacaq agentlik Bakıda bu istiqamətdə əsaslı işlər görə bilər. Bu, həm ictimai nəqliyyata olan marağı artırar, həm də nəqliyyatın işini tənzimləmiş olar".
Oxunub : 1022
DİGƏR XƏBƏRLƏR
29 Avqust 2026 16:24
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
29 Avqust 2026 14:11
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
28 Avqust 2026 20:54
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
28 Avqust 2026 19:45
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
28 Avqust 2026 14:41
Akkumulyatoru tədricən dağıdan avqust istisi
28 Avqust 2026 12:00
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
28 Avqust 2026 10:41
Bakıda “klyokların rəqsi” - VİDEO
28 Avqust 2026 10:30
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
28 Avqust 2026 09:54
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
28 Avqust 2026 08:36
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
27 Avqust 2026 18:55
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
27 Avqust 2026 16:11
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
ŞƏRH YAZ










