Binə qəsəbəsi üçün yeni marşrut xətti açılacaq? - AYNA-dan CAVAB

Binə qəsəbəsi Bakının ən böyük yaşayış massivlərindən biridir. Son illərdə əhalinin sürətlə artması, sıxlıq və tıxac probleminin dərinləşməsi nəticəsində qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatı da yüksəlib. Hazırda Binə - "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən 160 nömrəli müntəzəm marşrut xətti sərnişin axınını qarşılamaqda çətinlik çəkir. Avtosfer.az xəbər verir ki, bu barədə sakinlərin Oxu.az-a verdiyi məlumata görə, avtobuslarda tez-tez nasazlıqlar yaranır, sərnişinlər mənzilbaşına çatmadan yolun ortasında düşürülürlər, marşrut xəttində sıxlıq və gediş-gəliş problemləri yaşanır.
Bəs görəsən, Binə qəsəbəsi üçün yeni marşrut xəttinin açılması ilə bağlı hər hansı plan varmı? Qəsəbənin artan əhalisini nəzərə alaraq, yaxın vaxtlarda Binə istiqamətində ictimai nəqliyyatın yükünü azaltmaq üçün əlavə nəqliyyat həlləri nəzərdə tutulurmu?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Binə qəsəbəsini metronun "Koroğlu" stansiyası ilə əlaqələndirən 160 nömrəli marşrut xəttində gündəlik olaraq 17 avtobus 7-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir:
"Günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı səbəbindən hərəkət intervalında artım müşahidə edilə bilər. Daşıyıcıya marşrut üzrə avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, günün pik saatlarında xətlərə əlavə avtobusların cəlb edilməsi və sərnişindaşıma normalarına riayət edilməsi ilə bağlı tapşırıq verilib. AYNA tərəfindən tətbiq edilən yeni marşrut şəbəkəsi çərçivəsində Binə qəsəbəsinin ərazisi təhlil edilib və yeni xətlər simulyasiya edilib. Yeni şəbəkə üzrə artıq 340 nömrəli Binə-Mərdəkan qəsəbələrarası marşrut fəaliyyətə başlayıb. Həmçinin qəsəbədaxili yeni şəbəkə üzrə marşrutların bir daha müsabiqəyə çıxarılması nəzərdə tutulub. Tələbat müəyyən edilən ərazilərə əlavə xətlərin təşkili məsələsinə baxılacaq".
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Prezident Sülh Şurasının ilk iclasında iştirak edir - FOTOLAR
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa daha dəqiq hərəkət təşkili? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu










