Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir - FOTO

Paytaxtın Xətai rayonu Gəncə prospektində piyadaların təhlükəsizliyi baxımından riskli vəziyyət yaranıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ərazidə piyadaların hərəkət etdiyi pilləkənlər birbaşa yolun hərəkət hissəsinə birləşir. Nəticədə bir anda yolun hərəkət hissəsinə çıxan vətəndaşlar avtomobilləri idarə edən sürücülərin diqqətinin ümidinə qalır, qəza ehtimalı kəskin artır. Son olaraq yanvarın 11-də axşam saatlarında burada pilləkəndən enən sərnişini maşın vurararaq ağır xəsarətlər yetirib. Mətbuatda yayılmış məlumata görə, bir ay əvvəl, daha dəqiq desək ötən ilin 5 dekabr tarixində də bu keçidin üzərində piyadanı maşın vuraraq öldürüb. Oxşar hadisə ötən ilin avqustunda da baş verib. Bunlar hələ bildiyimiz hadisələrdir.
Vətəndaşların sözlərinə görə, Xəzər dairəsindən Ukrayna dairəsinə doğru hərəkət etdikdə ilk keçid olan bu yerdə yol kənarında marşrut avtobuslarının dayanacağı da var. Orada avtobusların dayanması sürücülərin ani olaraq piyada keçidinə çıxan vətəndaşları görməsini bir qədər də çətinləşdirir. Yolun kənarında səkinin olmaması və hərəkətin təşkilindəki qüsurlar gələcəkdə də ağır hadisələrin baş verməsini qaçılmaz edir.
Mütəxəssislər bildirirlər ki, bu ərazidə yol infrastrukturunda dəyişiklik edilməli, piyadaların hərəkət şəraiti yaxşılaşdırılmalı, müvafiq qurumlar tərəfindən tədbirlər görülməlidir.
AYNA-dan cavab olaraq bildirilib ki, sözügedən ərazidə piyadaların təhlükəsizliyi üçün əsas problem səkilərin olmamasıdır:
“Səki olmadığından yolu keçmək istəyən piyadalar üçün görmə məhdudiyyəti yaranır. Təhlükəsizliklə bağlı məsələnin həlli istiqamətində iş aidiyyatı qurum tərəfindən səkilərin inşası həyata keçirildiyi təqdirdə görülə bilər.
Hərəkət iştirakçıları ərazidə quraşdırılan nişanların və nişanlanma xətlərinin tələblərinə riayət etməlidirlər”.




Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












