BNA-nın “vaxtı” bitdi - DİN səlahiyyəti ələ aldı

Prezident İlham Əliyevin “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 7 fevral tarixli fərmanına əsasən, Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi isə Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Fərmanın icrası üçün 3 ay vaxt müəyyən edilmişdi.
Artıq sözügedən fərmandan 3 ay ötüb və bir neçə gündür ki, DİN-nin tabeliyinə keçən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yollardakı sıxlıq barədə mütəmadi məlumat yaymağa başlayıb.
Ancaq BNA da vaxtilə NİİM-nin işini yalnız yollarda sıxlıq olması barədə xəbərlərlə məhdudlaşdırırdı və yaxud NİİM-in işinin ancaq bundan ibarət olduğu haqda yanlış bir “qənaəti” vardı ki, bu da sürücülərin ciddi narazılığına səbəb olurdu.
Bəs, DİN-nin tabeliyinə keçmiş qurum necə çalışacaq, tıxacların aradan qaldırılması üçün hansı işlər görəcək? Nəhayət, illərdən sonra Bakı sakinləri nəqliyyatın intellektual idarəetməsinin nə demək olduğunu öz həyatlarına görə biləcəklərmi?
Bununla bağlı axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti ilə bağlı bir neçə layihə nəzərdə tutulub: “Yaxın zamanda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti ilə bağlı hansı tədbirlər görüldüyü və nələrin ediləcəyi barədə ictimaiyyətə geniş məlumata veriləcək. Ölkə rəhbərliyinin fərmanından irəli gələn məsələlərin həlli istiqamətində addımlar atılır. Əsas hədəf paytaxtda nəqliyyatın intellektual idarəetməsinin səmərəli şəkildə həyata keçirilməsidir”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












