Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub

Bakı, 29 yanvar 2026-cı il — Müxtəlif xidmətləri vahid mobil tətbiqdə birləşdirən qlobal mobillik platforması Bolt, 2025-ci ildə Azərbaycanda ən çox yüklənən tətbiq olub. Bu göstərici rəqəmsal analitika və tətbiq bazarı üzrə ixtisaslaşmış Sensor Tower şirkətinin 2025-ci il ərzində topladığı məlumatlara əsaslanır.
Azərbaycan, Bolt-un ötən il ən çox yüklənən səfər və mobillik tətbiqi olduğu 23 ölkədən biri olub. Bu nəticə ölkədə rəqəmsal mobillik həllərinə və gündəlik nəqliyyatda texnoloji platformalara marağın artdığını göstərir.
Bolt hazırda Azərbaycanda 41 şəhərdə fəaliyyət göstərir, taksi gedişləri, mikromobillik həlləri (skuterlər), Bolt Food və korporativ həllər olan Bolt for Business daxil olmaqla 5 əsas xidmət təqdim edir və ölkədə fəaliyyətinə 2017-ci ildə başlayaraq xidmət portfelini mərhələli şəkildə genişləndirib.
Sensor Tower-in məlumatlarına görə, Bolt-un Azərbaycanda populyarlığı istifadəçilərin tətbiqdən gündəlik və müxtəlif məqsədlər üçün aktiv istifadəsi ilə əlaqəlidir.
Bolt-un Azərbaycandakı səfərlər üzrə rəhbəri Naim Əzizov bildirib:
“Bolt-un Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olması istifadəçilərin bizə olan etimadını göstərir. Gələcəkdə yeni şəhərlərə genişlənməyi, xidmətləri və tətbiq funksiyalarını inkişaf etdirərək istifadəçilər üçün daha rahat təcrübə təqdim etməyi planlaşdırırıq.”
Azərbaycandakı nəticələrlə yanaşı, Bolt 2025-ci ildə qlobal miqyasda da güclü göstəricilər əldə edib. Şirkət həftəlik €12,5 milyardlıq “GMV run rate”-ə çatıb (GMV run rate — mövcud əməliyyat həcminin cari templə davam edəcəyi təqdirdə illik proqnozunu ifadə edən göstəricidir), €2,3 milyarddan çox gəlir qeydə alıb və eyni zamanda müsbət pul axını ilə fəaliyyətini davam etdirərək qlobal genişlənməsini sürətləndirib.
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI












