Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib - FOTO

İyunun 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı yaradılmış Komissiyanın ilk iclası keçirilib.
Bu barədə Avtosfer.az-a Nazirlər Kabinetindən xəbər verilib.
İclasda Baş nazirin müavinləri - işçi qrupların rəhbərləri, hökumət üzvləri və müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycan 44 günlük müharibə və pandemiyadan sonra yaranmış vəziyyətə, yeni şərtlərə və resurslara əsaslanaraq 2021-2030-cu illəri əhatə edən strateji hədəflər müəyyənləşdirdi.
Bu strateji hədəflər Prezident İlham Əliyevin imzaladığı Sərəncamda 5 Milli Prioritet kimi öz əksini tapdı.
Milli Prioritetlərin həyata keçirilməsi məqsədilə dövlət başçısının 2022-ci ildə imzaladığı Sərəncamlarına əsasən “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair I Dövlət Proqram”ı qəbul edildi.
Strategiyanın həyata keçirilməsi üçün bugünədək dövlət büdcəsindən 7 mlrd. manat vəsait ayrılıb, nəzərdə tutulmuş tapşırıqlar təqribən 78% səviyyəsində icra olunub.
“Böyük Qayıdışa dair I Dövlət Proqram”ının ümumi icra faizi təqribən 79%-dir. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılmışdır.
Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur.
Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub.
İclasda Komissiyanın iş reqlamenti müəyyənləşdirildi, görüləcək işlər və yaxın perspektivdə atılacaq addımlarla bağlı müzakirə aparıldı.
Prezidentin Sərəncamlarından irəli gələn tapşırıqların maksimum səmərə və keyfiyyətlə, vaxtında icra olunması, alt işçi qrupların iclaslarının ayda 1 dəfədən az olmayaraq keçirilməsi, mütəmadi olaraq işin gedişi haqqında məlumat verilməsi tapşırıldı.
İclasda Strategiya və Dövlət Proqramının hazırlanması və yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşdirildi.
Baş nazir Əli Əsədov qeyd etdi ki, Strategiya və Dövlət Proqramı hazırlanarkən mövcud maliyyə imkanları nəzərə alınmalı, hədəflərin realizasiyası üçün nəzərdə tutulan tədbirlər real, dəqiq və ölçülə bilən indikatorlara söykənməli, Strategiya və Dövlət Proqramı hazırlanarkən digər aidiyyəti sənədlər və I-ci Dövlət Proqramında nəzərdə tutulan, daha sonrakı müddətə optimallaşdırılan layihələr nəzərə alınmalıdır.
Baş nazir vurğulayıb ki, Strategiyadan və Dövlət Proqramından irəli gələn konseptual məsələlərin və yekun layihələrin mərhələlərlə İqtisadi Şurada da müzakirəsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilmişdir.
Həmin tapşırığın icrasının təmin edilməsi məqsədilə imzalanmış Nazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli Sərəncamına əsasən Strategiya və Dövlət Proqramı üzrə layihələrin hazırlanmasında aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üçün Baş nazirin sədrliyi ilə Komissiya yaradılmış və tərkibi təsdiq edilmişdir.
Komissiyanın tərkibində Strategiyanın və Dövlət Proqramının hazırlanması üzrə iki işçi qrup yaradılmış və tərkibi təsdiq olunmuş, Baş nazirin müavinləri- Ş.Mustafayev və S.Şərifov işçi qrupların rəhbəri təyin edilmişdir.
Strategiyanın hazırlanması məqsədilə 9, Böyük Qayıdış Dövlət Proqramı üzrə isə 4 alt işçi qrup yaradılmışdır.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, son illərdə əldə olunmuş sosial-iqtisadi nailiyyətlərin davamlı inkişafının təmin edilməsi, birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, əlverişli biznes mühitinin daha da gücləndirilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun artırılması, eləcə də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin olunması üçün məqsədyönlü siyasət və islahat istiqamətlərinin müəyyənləşdirilməsi vacib hesab olunur.

Sabah bu yollarda monitorinq aparılacaq - Sürücülərin nəzərinə!
Həftəsonu bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ - FOTOLAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO










