Böyükşor gölündə suyun səviyyəsinin azalmasına aydınlıq gətirilib

Böyükşor gölündə suyun səviyyəsinin azalmasına əsas səbəb ətraf ərazilərdən gölə daxil olan suların həcminin azalmasıdır.
Bunu Avtosfer.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.
O bildirib ki, göl qapalıdır və ora sular iki yolla daxil olur:
"Bunlardan biri ətraf ərazilərdən gələn yan axınları, digəri isə atmosfer yağıntılarıdır. Atmosfer yağıntıları gölün qidalanmasında o qədər böyük rol oynamır. Çünki ərazi quraqdır. İllik atmosfer yağıntılarının miqdarı 250 mm-dən çox olmur. Zaman-zaman bu göldə suyun səviyyəsinin qalxmasına ətraf ərazilərdən gələn çirkab suları təsir edib. Əvvəllər gölün ətrafında yaşayış olub. Bu səbəbdən çirkab sular gölə axıb. Bərpa işlərindən sonra bu məsələ aradan qaldırılıb. Buna görə də gölə daxil olan sular azalıb".
Ekspert hesab edib ki, hazırda gölün səviyyəsi optimaldır:
"Əlbəttə ki, bir qədər yuxarı olsa, daha yaxşı olar. Bu səviyyəni qorumaq üçün göl ətrafında əmələ gələn yağış sularını Böyükşora yönləndirmək lazımdır. Eləcə də, ərazinin yaxınlığında tikilən hündür binalardan əmələ gələn tullantı sularını təmizləyib gölə yönləndirmək lazımdır. Yalnız bu yolla göldə suyun səviyyəsini sabit saxlamaq olar".
Qeyd edək ki, sosial şəbəkə platformalarında son 60 ildə gölün səthinin 30-40% kiçildiyi ilə bağlı paylaşım edilib.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT











