Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, Bakı–Mingəçevir, Bakı–Qax, Bakı–İsmayıllı, Sumqayıt–Ağdam, Gəncə–Şamaxı, Gəncə–Masallı, Mingəçevir–Tərtər, Mingəçevir–Zərdab, Yevlax–Lənkəran, Ağdaş–Gəncə, Şəki–Mingəçevir, Şəki–Oğuz, İmişli–Gəncə, Bərdə–Gəncə, Qəbələ–Gəncə, Lənkəran–Sumqayıt, Beyləqan–Gəncə, İsmayıllı–Göyçay, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Gəncə–Qazax və Qazax–Gəncə şəhərlərarası, həmçinin Bakıətrafı ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyata əlçatanlığının, eləcə də yaşayış məntəqələrinin sosial və ictimai obyektlərlə əlaqəliliyinin təmin edilməsi məqsədilə magistral xətlərlə əlaqələndirilən 122, 192, 196, 448, 510 və 512 nömrəli yeni şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.
Sənədlər 19 fevral 2026-cı il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Mingəçevir, Bakı–Qax, Bakı–İsmayıllı, Sumqayıt–Ağdam, Gəncə–Şamaxı və Gəncə–Masallı istiqamətlərində 6 lot üzrə fevtalın 24-də, Mingəçevir–Tərtər, Mingəçevir–Zərdab, Yevlax–Lənkəran, Ağdaş–Gəncə, Şəki–Mingəçevir və Şəki–Oğuz istiqamətlərində 6 lot üzrə fevralın 27-də, İmişli–Gəncə, Bərdə–Gəncə, Qəbələ–Gəncə, Lənkəran–Sumqayıt, Beyləqan–Gəncə və İsmayıllı–Göyçay istiqamətlərində 6 lot üzrə martın 3-də, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə və Gəncə-Qazax istiqamətlərində 6 lot üzrə martın 6-da, Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 6 lot üzrə martın 10-da, 122 nömrəli (Maştağa qəsəbəsi – Ramana qəsəbəsi ("Şuşa şəhərciyi" y/m)), 192 nömrəli (Qobustan qəsəbədaxili), 196 nömrəli (Çeyildağ qəsəbəsi – Sahil qəsəbəsi), 448 nömrəli (Mərdəkan qəsəbəsi – Şüvəlan qəsəbəsi ("Mayak bağları") və 512 nömrəli (Aşağı Güzdək qəsəbəsi – Müşfiqabad qəsəbəsi (Seyid Əzim Şirvani, Kərpic zavodu)) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda martın 13-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Benzinin kəskin bahalaşdı - RUSİ ...
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO
Maşınlardakı “Start-stop” funksiyası tarix olur; ABŞ maliyyəni dayandırdı- RƏSMİ
Skuterlərlə bağlı hüquqi tənzimləmə sərtləşməlidir - Ombudsman qanundakı boşluqlardan danışdı
Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı faktları POLİTOLOQ İFŞA ETDİ - FOTO











