Bu avtobusların hərəkət sxemi dəyişdirilir - SİYAHI

Formula 1 Azərbaycan Qran Prisinin davam etdiyi günlərdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün zəruri tədbirlər görülür. Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə əvvəlcədən də məlumat verildiyi kimi yarış həftəsi məhdudiyyətin tətbiq olunduğu müddətdə 20 müntəzəm marşrut xətti üzrə - 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205, M3 və H1 nömrəli- avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Dəyişikliklər barədə ətraflı məlumatı qeyd olunan link vasitəsi ilə əldə etmək mümkündür.
"Müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi üzrə müəyyən olunan intervalla maneəsiz hərəkətini təmin etmək üçün ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməməyi tövsiyə edirik. Daha çox ictimai nəqliyyata üstünlük verilməsi yollarda hərəkətin maneəsiz təşkili, eləcə də lüzumsuz sıxlıqların yaranmaması baxımından məqsədəuyğun davranışdır.
Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik", - məlumatda qeyd edilib.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












