Bu ay xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb

Bu ay Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək orta qiyməti Pakistanın paytaxtı İslamabad istiqamətində qeydə alınıb.
Avtosfer.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtından İslamabada birbaşa uçmaq 356,2 avroya başa gəlib, tranzit yolla uçuş isə qeydə alınmayıb.
Bu, ötən ilin eyni ayı ilə müqayisədə 25,4 % çoxdur.
2-ci yerdə İtaliyanın Milan şəhəri qərarlaşıb. Bu şəhərə birbaşa uçmaq 261 avro (+ 18,6 %) təşkil edib. Tranzitlə uçuş qeydə alınmayıb.
Növbəti yeri Hindistanın paytaxtı Dehli tutub. Bu şəhərə birbaşa uçuş 206,1 avroya başa gəlib. Tranzitlə uçuş isə qeydə alınmayıb.
Yanvarda Bakıdan tranzit aviareyslərin ən yüksək orta uçuş qiyməti 1 220,6 avro ( - 10,3 % ) olmaqla Almaniyanın şəhəri Frankfurt istiqamətində qeydə alınıb.
İlk üçlüyə ABŞ-nin Nyu-York şəhəri 532,9 avro və Çinin paytaxtı Pekin 379 avro qiymətlə daxil olub.
Bundan əlavə, Azərbaycandan əsas istiqamətlər üzrə Rusiya, Turkiyə, BƏƏ və Gürcüstana da birbaşa və tranzit yolla səyahət edənlər üçün aviabiletlərin qiymətləri açıqlanıb.
Bu ay Rusiyaya birbaşa aviareyslərdə ən yüksək orta qiymət 195,7 avro ilə Novosibirsk ( - 39 %) şəhərinə olub. Bu şəhərə tranzit uçuş qeydə alınmayıb.
Yanvarda Türkiyəyə birbaşa aviareyslərdə ən yüksək orta qiymət 80,7 avro (- 8,2 %) ilə İzmir şəhərinə olub. Bu şəhərə də tranzit uçuş qeydə alınmayıb.
Bu ay BƏƏ-yə ən yüksək orta qiymət Dubaya olub. Bu şəhərə birbaşa uçmaq 121,6 avroya (- 46,4 % ) başa gəlib, tranzitlə uçuş qeydə alınmayıb.
Yanvarda Gürcüstanın paytaxtı Tbilisiyə birbaşa uçmaq 73,1 avroya ( + 2,6 %) başa gəlib. Bu şəhərə də tranzitlə uçuş qeydə alınmayıb.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










