Bu cür sərnişin daşınmasına görə cərimə nəzərdə tutulur - AYNA

Sifarişli sərnişin daşınmasının (taksi avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.
Onun sözlərinə görə, daşıyıcılar sifarişli sərnişin daşınmalarını həyata keçirərkən elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar:
“Sürücülərin maarifləndirilməsi istiqamətində AYNA tərəfindən tədbirlər keçirilir. Məqsəd bu sahədə dövlət tənzimlənməsini həyata keçirmək, sahibkarların qanuni maraqlarını qorumaq, şəffaflığı, qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin etmək və yeni hazırlanmış elektron sistemdən istifadə vərdişlərini formalaşdırmaqdır”.
O xatırladıb ki, “Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında” Qərar Nazirlər Kabineti tərəfindən 2024-cü il martın 14-də qəbul edilib:
“Sifarişli sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində elektron qaydada doldurulduqdan sonra daşıyıcının və sifarişçinin (təşkilatçının) gücləndirilmiş elektron imzası ilə imzalanır. Sifarişli sərnişin daşımaları üçün tərtib edilmiş formulyarda tərtib edilmə tarixi, daşıyıcının və sifarişçinin (təşkilatçının) rekvizitləri, işçi heyəti üzvlərinin soyadları və adları, sərnişinlərin siyahısı, sərnişin avtonəqliyyat vasitəsinin markası və modeli, dövlət qeydiyyat nömrəsi, icazə verilən oturacaqların sayı, sərnişinlərin daşınması marşrutunun sxemi (yola düşmə, təyinat məntəqələri) və digər məlumatlar daxil edilir”.
E.Məcidov deyib ki, sifarişli sərnişin daşımaları yerinə yetirilərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsinə və düşürülməsinə, müntəzəm marşrutlar üçün müəyyən edilən hərəkət cədvəli, hərəkət sxemi ilə yerinə yetirilməsinə, eləcə də buraxılış kartı və buraxılış vəsiqəsi olmadığına görə də həmin məbləğdə cərimə tətbiq olunur.
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO












