Bütün ermənilərin katolikosunun qardaşına və onun oğluna hökm oxundu

Məhkəmə bütün ermənilərin katolikosunun qardaşı Gevork Nersisyanın barəsində 3 illik şərti həbs qərarı çıxarıb.
Avtosfer.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, II Qareginin qardaşı oğlu Ambartsum Nersisyana 3 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilsə də, hökmün icrası dayandırılıb. O, bir yaşlı qızının altı yaşı tamam olana qədər həbsə alınmayacaq.
Bundan əvvəl dövlət ittihamçısı Gevork Nersisyan üçün 3 il 6 ay, Ambartsum Nersisyan üçün isə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası tələb etmişdi.
Qeyd edək ki, Gevork Nersisyan və onun oğlu Ambartsum Nersisyan 2025-ci il noyabrın 3-də saxlanılıblar. İstintaq materiallarına əsasən, onlar noyabrın 1-də Vaqarşapat icmasına aid olan Voskeat kəndində təşviqat materialları paylayan "Respublika" partiyasının nümayəndəsi Arutyun Mkrtçyanla mübahisəyə girərək, onu təhqir ediblər. Noyabrın 17-də cinayət işi məhkəməyə göndərilib. Lakin müdafiə tərəfi müşahidə kameralarının qeydlərinə əsaslanaraq heç bir münaqişənin olmadığını iddia edir. Təqsirləndirilən şəxslər 2026-cı ilin fevral ayında ev dustaqlığına, mayda isə inzibati nəzarətə keçiriliblər.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












