Banner

İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO

Gündəm 12 Noyabr 2026 18:32
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib  - FOTO
WhatsApp kanalımıza abunə olun

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev sessiyada iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəldi.

İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşıladı.

Azərbaycan Prezidenti Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etdi.

Sonda toplantı iştirakçıları birgə foto çəkdirdilər.

"Avropa - güclü, təhlükəsiz və əlaqəli" mövzusuna həsr olunan budəfəki Zirvə Toplantısının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, həmçinin Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri yer alıb. Builki Toplantıda 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edir.

FOTO QALEREYA
Oxunub : 44
ŞƏRH YAZ
Ad

E-mail

Şərh