Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI

Azərbaycanda muzdla çalışan işçilərin sayında müşahidə olunan artım əmək bazarında baş verən dəyişiklikləri və məşğulluq göstəricilərinin dinamikasını gündəmə gətirir.
Avtosfer.az xəbər verir ki, bu artımın hansı iqtisadi sahələrin hesabına formalaşması və real məşğulluq imkanlarının nə dərəcədə genişlənməsi isə diqqət çəkən məsələlərdəndir. Bəs muzdla çalışanların sayındakı artım əmək bazarında dayanıqlı inkişafın göstəricisi hesab oluna bilərmi?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasıbda bildirib ki, muzdla çalışan işçilərin sayının artması müsbət haldır və bu, əmək bazarında real məşğulluğun genişlənməsini göstərir:

''Çünki muzdla çalışan işçilərin əmək müqavilələri və qeydiyyatı elektron qaydada aparılır. Bu da onların sayını və əməkhaqqı göstəricilərini daha dəqiq ölçməyə imkan verir. Bununla belə, bəzi şəxslər müqaviləsiz işləyir və ya əməkhaqları müqavilələrdə tam göstərilmir. Lakin yalnız muzdla çalışanların sayının artmasına əsaslanaraq əmək bazarındakı vəziyyəti müsbət qiymətləndirmək düzgün olmaz. Burada işsizlərin sayı və orta aylıq əməkhaqqının artım tempi də nəzərə alınmalıdır. İş yerlərinin sayının artması ilə yanaşı, təklif olunan əməkhaqqının səviyyəsi və işçilərin ixtisaslarına uyğun işlə təmin olunması da vacibdir. Yalnız bu göstəricilər birlikdə təhlil edildikdə əmək bazarındakı real vəziyyət barədə fikir söyləmək mümkündür''.
İqtisadçı qeyd edib ki, digər mühüm məqam əmək bazarına yeni daxil olan şəxslərin sayıdır:
''Məsələn, universitet məzunları, hərbi xidmətdən qayıdan gənclər və əmək qabiliyyətli yaşa çatan şəxslər də iş axtaranların sırasına qoşulurlar. Əgər yaradılan yeni iş yerlərinin sayı əmək bazarına daxil olan işçi qüvvəsinin sayından azdırsa, bu, işəgötürənlərin mövqeyini gücləndirir. Belə vəziyyətdə işçi təklifi çox olduğundan əməkhaqlarının artırılmasına ehtiyac azalır. Muzdla çalışanların sayındakı artımı hələlik dayanıqlı inkişafın göstəricisi hesab etmək olmaz. Bunun üçün əmək bazarında iş axtaranların sayı, məşğulluq səviyyəsi və əməkhaqqının dinamikası birlikdə qiymətləndirilməlidir. İnkişafına ehtiyac olan əsas istiqamətlərdən biri qeyri-neft sektorudur. Xüsusilə ixracyönümlü qeyri-neft sənayesinin inkişafı yeni iş yerlərinin yaradılması və məşğulluq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır''.
Fatimə
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












