Bu marşrutdan istifadə edən sərnişinlərin nəzərinə - YENİLİK EDİLDİ - FOTO - VİDEO

11 nömrəli müntəzəm marşrut xəttində istifadə olunan avtobuslar iri qabaritli olduğundan 257 nömrəli məktəbin qarşısında geriyə dönmə manevri edərkən təhlükəli şərait yaranırdı. Bu səbəbdən sərnişinlərin və digər nəqliyyat vasitələrinin rahat və təhlükəsizliyini nəzərə alaraq marşrut xəttində dəyişiklik edilərək son dayananacaq 140 metr geridə təşkil olunub. Avtosfer.az-ın məlumatına görə, bu barədə AYNA-dan "Baku.ws"ə bildirilib. Qeyd edilib ki, avtobuslar üçün geriyə dönmə manevri rahat və təhlükəsiz şəkildə "Xəzərin dairəsi" adlanan ərazidən təşkil edilib. Son dayanacaqda isə dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulub.
***
Bakının Xətai rayonunda yaşayan bəzi vətəndaşlar narazıdır. Avtosfer.az xəbər verir ki, bu barədə sakinlərdən biri "Baku.ws"in "qaynar xətti"nə məlumat verib.
![]()
Şikayətçi bildirib ki, rayonun İbrahim Əbilov küçəsindən başlayaraq, Sadıqcan küçəsinə qədər hissəində dayanacaq yoxdur. Əvvələr mövcud olan iki dayanacaq isə ərazidən götürülüb. Üstəlik yaxınlıqda məktəb də var:
"Hər gün avtobusa minmək üçün uzun yol getməli oluruq. Təqribən 6-7 ay olar ki dayanacaqlarımızı yığışdırıblar. Birinin yerinə mağaza belə tikilib. Xahiş edirik ki, əvvəlki kimi dayanacaqlarımızı gətirib yerinə qoysunlar ki, biz də rahat ictimai nəqliyyatdan istifadə edə bilək".
Vətəndaş həmçinin deyib ki, küçələrdə avtobus dayanacağını göstərən yol nişanları hələ də qalır. Lakin bu çarə deyil: "İşarə var, dayanacaq yoxdur. Yağış yağanda camaat harada gözləməlidir?"
Sözügedən ərazidən kadrları təqdim edirik:
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











