Bu şəxslər 150 manat cərimələnəcək

Azərbaycanda süni intellektlə şəkil, video və ya səs hazırlayıb internetdə, sosial şəbəkələrdə paylaşanlara yeni qayda gəlir. Dəyişikliklərə görə, bu materialları xüsusi qeyd olmadan yayan şəxslər cərimələnə bilər.
Avtosfer.az-ın məlumatına görə, bu məsələ “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni 13-2.7-ci maddədə əksini tapıb.
Belə ki, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi şəkildə yayıldıqda onların real olmadığını açıq şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir. Yəni materialın üzərində və ya səsində bunun süni intellekt vasitəsilə hazırlandığı aydın şəkildə qeyd olunmalıdır.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni 388-3-cü maddəyə görə, şəxs həmin materialların süni intellektlə hazırlandığını bildiyi halda bunu göstərmədən internet resurslarında yayarsa, 80 manatdan 150 manatadək cərimə ediləcək.
Sosial şəbəkə istifadəçilərinə tövsiyə olunur ki, AI ilə yaradılan məzmun paylaşarkən “Süni intellektlə yaradılıb”, “AI generated” və ya oxşar aydın nişan əlavə etsinlər./sfera.az
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












