Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər...

Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər...
İctimai nəqliyyatda gediş haqlarının artırılması fonunda tələbələr üçün güzəştli tariflərin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Xüsusilə də Brutto müqavilə sisteminə mərhələli keçid bu sahədə yeni imkanlar yaradır.
Maraqlıdır, gələcəkdə tələbə bileti ilə daha ucuz gediş haqqı tətbiq oluna bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu ildən etibarən brutto müqavilə mexanizmi işə düşür və onun əsas tələblərindən biri də ictimai nəqliyyatda tam nağdsız ödəniş sisteminə keçiddir.
Ekspertin sözlərinə görə, tam nağdsız ödəniş təmin olunduqdan sonra bir sıra güzəştlərin tətbiqi üçün real imkanlar yaranacaq:
“Nağdsız ödənişə keçiddən sonra güzəştlərin tətbiqi mümkün olacaq. Bununla yanaşı fərqli nəqliyyat növləri arasında inteqrasiya vacibdir. Hazırda bu inteqrasiyanı Bakı kart üzərindən metro və avtobuslar arasında görürük”.
Rauf Ağamirzəyev xatırladıb ki, ötən il tarif artımı zamanı yalnız marşrut xətti boyunca bütün avtobusları yenilənən xətlərdə qiymət artımı tətbiq olunub. Onun sözlərinə görə, brutto müqavilədən də ilk olaraq məhz bu marşrutlar faydalanacaq.
Ekspert qeyd edib ki, brutto müqavilənin tam tətbiqi 2026–2028-ci illəri əhatə edir, lakin bu prosesin daha sürətli həyata keçirilməsi məqsədəuyğundur:
“Bu keçidi sürətləndirmək lazımdır ki, güzəştlər də tez tətbiq olunsun. Dünyanın bir çox ölkələrində brutto müqavilə tətbiq edilən şəhərlərdə günlük, aylıq bilet paketləri, 90 dəqiqəlik pulsuz keçidlər, eləcə də güzəştli sosial kartlar mövcuddur. Tələbələr, təqaüdçülər, müharibə veteranları və digər həssas qruplar üçün xüsusi güzəştli bilet sistemləri tətbiq olunur. Bunlar bir-biri ilə sıx bağlı məsələlərdir”.
Rauf Ağamirzəyev bildirib ki, mexanizmlərin bir hissəsi artıq bu il ərzində icra oluna bilər və nəticədə sərnişinlər, xüsusilə də tələbələr bundan faydalanacaqlar.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










