"Canlıda eşitdik, 25-26 yaşlarında oğlan səsi idi” - Tələbələri şantaj edən kimdir? - VİDEO

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyi iddia olunur.
Avtosfer.az xəbər verir ki, naməlum şəxs onların sosial şəbəkə profillərindən götürülən şəkillərini süni intellektlə montaj edərək platformada yayımlayıb.
Zərərçəkənlərdən biri olan Zöhrə Əlxaslı deyir ki, vəziyyət fevralın 20-si axşam saatlarında onlara məlum olub:
“Bəzilərini isə heç bilmirik hardan götürüblər. Elə şəxslər vardır ki, heç profillərində şəkillərini paylaşmayıblar. Bizim xəbərimiz yoxdu ki, kimdir. Hələ ki, heç kim tapa bilmir. Canlılara girmişdi, orada səsini eşitdik ki, 25-26 yaşlarında oğlan səsi idi. Hüquq tələbələrini təhqir edirdi”.
İddialara görə, həmin şəxs bir neçə il əvvəl hüquq fakültəsinə daxil olmaq istəyib, mümkün olmadıqda isə daxilində yaratdığı qərəzi sözügedən fakültənin tələbələrinə qarşı istifadə etməyə başlayıb.
“Hekayə bölməsində yazıb ki, pul atın kartıma. Tapıblar ki, mail Rusiyadan açılıb və birdəfəlik gmaildir”, - deyə tələbə əlavə edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, tələbələrin müraciəti əsasında araşdırma başlanılıb.
Bakı Dövlət Universitetindən isə qeyd edilib ki, təhsil müəssisəsi tələbələrin müraciəti əsasında vəziyyətdən xəbər tutub.
“Hadisə hüquq-mühafizə orqanlarının araşdırmasındadır. Tələbələrə şantaj edən şəxsin kimliyi, onun niyə məhz hüquq fakültəsində oxuyanları hədəf alması isə məlum deyil”.
Daha ətraflı İTV-nin süjetində:
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












