Cəlilabad–Yardımlı avtomobil yolu qardan təmizləndi – FOTO

Bir neçə gündür cənub bölgəsinə yağan qar Cəlilabad–Yardımlı avtomobil yolunda nəqliyyatın hərəkətini çətinləşdirsə də, hazırda yol tam şəkildə qardan təmizlənib və nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır. Avtosfer.az xəbər verir ki, aidiyyəti qurumların operativ fəaliyyəti nəticəsində yolun bütün hissələrində təmizləmə işləri aparılıb. Hazırda sürücülər yolda heç bir məhdudiyyət olmadan rahat və təhlükəsiz şəkildə hərəkət edə bilirlər.
Qeyd edək ki, qar Cəlilabad rayonunun müəyyən ərazilərində elektrik təsərrüfatına da ziyan vurub. Kəndlərarası və kənddaxili elektrik xətlərinin bəzi hissələri sıradan çıxıb, nəticədə bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində ərazi üzrə bərpa işləri davam etdirilir. Hazırda bölgədə qar yağışı müşahidə olunmur, hava şəraiti sabitdir.




Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












