Çin Tayvan sahillərinə rekord sayda döyüş təyyarəsi göndərdi

Ötən gün ərzində Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri Tayvan sahillərinə rekord sayda - 38 təyyarə göndərib.
Çin hərbi aviasiyası Başı boğazının üzərindən keçərək adanın cənub-şərqindəki su sahəsinin üzərində uçub.
Manevrə qatılanlar çox məqsədli J-16 və Su-30 qırıcıları, H-6 bombardmançıları, KJ-500 erkən xəbərdarlıq və idarəetmə təyyarələri və Y-8 kəşfiyyat təyyarələri olub.
Tayvan Hərbi Hava Qüvvələri Çin təyyarələrinin hərəkətini izləmək üçün təyyarələrdən və digər avadanlıqlardan istifadə edib.
Tayvan 1949-cu ildən bəri öz rəhbərliyi tərəfindən idarə olunur. O vaxtdan ada kommunistlərin hakimiyyətə gəlməsindən əvvəl materikdə mövcud olan keçmiş Çin Respublikasının bayrağını və bəzi digər xüsusiyyətlərini qoruyub saxlayır. Çinin əksər ölkələr tərəfindən dəstəklənən rəsmi mövqeyinə görə, Tayvan onun əyalətlərindən biri hesab olunur.
Mənbə: TASS
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH












