COP29 üçün salınan zolaqların məqsədi bu imiş - AÇIQLAMA

Paytaxt küçələrində COP29 üçün nəzərdə tutulan xüsusi yol zolaqları salınıb.
Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans.az-a açıqlamasında bu zolaqların mahiyyəti haqqında danışıb.
“Bu zolaqların salınması sadəcə COP29 üçün nəzərdə tutulan bir addım deyil. Bu təşəbbüs həm də Bakıda avtobus zolaqlarının uzunluğunun artırılması üçün AYNA tərəfindən atılan bir addımdır. Bütün çəkilən zolaqlar ümumi istifadədə olan nəqliyyat vasitələri, yəni avtobuslar üçün nəzərdə tutulan xüsusi hərəkət zolaqlarıdır. Müvafiq qanunvericilik bütün zolaqlar kimi bu zolaqlara da aiddir. Bu zolaqlara girən sürücülər avtobus zolağına girən sürücü kimi qəbul olunur və sözsüz ki, belə sürücülər də cərimələnəcək. Bu zolaqlarda digər nişanlama işləri, yol nişanlarının quraşdırılması və s. işlər bitdikdən sonra, zolağa giriş-çıxış xətləri müəyyənləşdirildikdən sonra cərimələr tətbiq olunacaq. Bu yollarda da qanunvericiliyin bütün tələbləri yerinə yetirilməlidir”.
Ekspert qeyd edib ki, avtobus zolaqları kimi nəzərdə tutulmuş yolun bu hissəsində COP29-ın təsviri sadəcə simvolik mahiyyət daşıyır.
“Digər nəqliyyat vasitələri, sözsüz ki, sağa-sola döndükdə zolaqlardan yan keçə bilmirlər, bu zolaqlardan istifadə etməlidirlər. Bu baxımdan zolaqlar tam hazır olduqdan sonra orada hərəkətlə bağlı cəzalar tətbiq olunacaq. COP29-un loqolarının həmin hissələrə vurulması isə o deməkdir ki, bir neçə ay sonra COP29-la bağlı qonaqların daşınması üçün oradan marşrutlar keçəcək. Burada cərimələrin necə tətbiq olunmasını isə zaman göstərəcək”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












