Dayanacaqlarda Wi-Fi olacaq

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışınadək Azərbaycanda nəqliyyat sahəsində bir sıra layihələrin reallaşdırılması başa çatdırılacaq. Bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov "The Business Year" jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, sərnişin nəqliyyatının təhlükəsiz istismarının təmin olunması və 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları başlayana qədər digər təşkilati məsələlərin həlli üçün yol-nəqliyyat infrastrukturu üzrə fəaliyyət planı təsdiqlənib: "Bu plan avtomobil yollarını, nəqliyyatı intellektual idarəetmə sistemini və dəmiryol şəbəkəsini əhatə edir".
Nəqliyyatı intellektual idarəetmə sisteminə gəldikdə, nazir deyib ki, 2014-cü il və 2015-ci ilin birinci rübü ərzində Bakının avtobus dayanacaqlarında Wi-Fi sistemləri quraşdırılacaq, gələn nümayəndə heyətlərini daşıyacaq avtobuslar isə GPS sistemləri ilə təchiz olunacaq. Bundan başqa, Heydər Əliyev Beynəlxalq Hava Limanı, yarışların keçiriləcəyi Olimpiya şəhərciyi və obyektləri arasında sərnişindaşıma sistemi təşkil olunacaq. Z.Məmmədov qeyd edib ki, I Avropa Oyunlarının keçirildiyi dövrdə gündüz saatlarında tikinti və yenidənqurma işləri müvəqqəti məhdudlaşdırılacaq, avtobuslar isə gecə saat 2-yə kimi işləyəcək.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI











