Dəhşətli qəzada sürücü öldü - FOTOLAR

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Bakıxanov qəsəbəsində qeydə alınıb. Xəlilbəy Xasməmmədov küçəsi ilə yüksək sürətlə hərəkət edən "Mercedes" markalı, 90 FM 468 dövlət nömrə nişanlı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəlcə işıq dirəyinə sonra isə ağaca çırpılıb. Zərbənin gücündən ağac kökündən çıxıb. Daha sonra minik avtomobili səkidə dayanmış "ZİL" markalı yük maşınına dəyib. Qəza nəticəsində "Mercedes"in sürücüsü, 1972-ci il təvəllüdlü Mustafayev Rafael Şahin oğlu dünyasını dəyişib. Sürücünün meyiti deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Onlar Rafael Mustafayevin meyitini avtomobildən çıxarıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
















