Dəhşətli qəzaya səbəb olan sürücü məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nadir Şükürovun cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, ittiham aktını elan edib. Növbəti məhkəmə prosesi mayın 30-na təyin edilib.
Qeyd edək ki, yanvarın 27-də Bakı-Şamaxı yolunu 29-cu kilometrliyində 4 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. "VAZ-21011", "Mitsubishi" və "Mercedes Benz" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-21011"-in sürücüsü Bahadur İbadov, qızı Ceyran İbadova və 3 yaşlı nəvəsi Zəhra ölüb. Sürücünün həyat yoldaşı Arifə İbadova və digər sərnişin Vidadi Novruzov isə ağır bədən xəsarətləri alıb. "Mercedes Benz" markalı maşında olan Gülşən Bibirova da aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerindəcə keçinib. Sürücü Nadir Şükürov, sərnişinlər Fəridə Əliyeva və Pirum Şamalova ağır yaralanıblar. "Mitshubishi"nin sürücüsü Murad Həmidov və sərnişini Elşən Rüstəmov da ağır bədən xəsarətləri alıblar.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












