“Deyir, nazirlər sənə pul verib, onları xərcləmisən” - Oğlu Dilqəm Əsgərovdan imtina edib

Keçmiş əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından imtina edib. Avtosfer.az xəbər verir ki, o, bu haqda Moderator.az-a açıqlamasında bildirib:
“Əsirlikdən gələn günündən mənimlə münasibətləri pisdir. Ancaq pul, var-dövlət fikirləşir. Söz-söhbətdən daha bezmişəm. Bir yer verib mənə, orada ev tikmişəm. Gündə gedib-gəlir ki, traktorla uçurdacam. Quyudan su çəkmişəm, gəlib suyumu kəsib. 10 gündür içməli su tapmırıq. Bütün işlərimə mane olur. Mənim o adda nə atam var, nə də valideynim”.
Kürdoğlu bildirib ki, artıq münasibətləri dözülməz dərəcəyə çatıb və o öz ailəsi üçün sığınacaq istəyir:
“Mən səhər tezdən bazara fəhləliyə gedirəm. Əlində balta girir içəri. Ailəmin, uşaqlarımın həyatı təhlükədədir. Şəmkir Rayon Polis idarəsinə müraciət edib, videogörüntüləri təqdim etmişəm. Polis də deyir ki, ver məhkəməyə. Mənim pulum hardandır? Onun mənə bir çöpü də lazım deyil. Gəlib üstümə düşüb deyir ki, mən əsirlikdən qayıdanda nazirlər sənə pul verib, sən onları xərcləmisən. Kimsə mənə pul veribsə, çıxıb desin. Hansı nazir verib? Atamla qardaşımın gözünü dünya malı doyuzdurmur. Bir evim var, onu da verib onlara çıxıram. Dövlətdən sığınacaq istəyirəm ki, 3 körpə övladımı bir yerə çıxarım. Belə yaşayış olmur. Bu insandan ötrü mən 7 il əziyyət çəkdim. Avropa Şurasına qədər gedib çıxdım, Fransaya, ATƏT-in MİNSK qrupuna müraciət etdim, Türkiyədə, Gürcüstanda tədbirlərdə iştirak etdim. Bu insan ancaq pul fikirləşir. Mən Dilqəm Əsgərovun yaşadığı kənddən çıxmaq istəyirəm. Məni ölümlə hədələyirlər. Özüm cəhənnəmə, uşaqlarım üçün qorxuram. Aidiyyəti qurumları mənə kömək etməyə, sığınacaq verməyə səsləyirəm” deyə o bildirib.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülsə də, 2020-ci ildə onların Bakıya gətirilməsi təmin edilib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












