Deyvid Deyvis: “Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir”

Böyük Britaniya Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Deyvid Deyvis Avropa Azərbaycan Cəmiyyətinə Ukraynada baş verən hadisələr ilə bağlı öz mövqeyini bildirərək, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanat ünvanlamışdır. Bəyanatda Qərb dövlətlərinin liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdikləri kəskin dəstəyin Azərbaycana göstərilməməsi və Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdülməsi pislənilir. Bəyanatda deyilir: "Ukraynada baş verən son hadisələr bizə bir daha sabitliyin Avropa üçün nə qədər önəmli bir ünsür olduğunu xatırlatdı. Rusiyanın Krımı özünə birləşdirməsi Barak Obama, Deyvid Kameron, Angela Merkel də daxil olmaqla Qərb liderlərinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə nəticələndi. Onlar Rusiyanı etdiyi hərəkətə görə qınamaqda və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləməkdə tamamilə haqlı olaraq yekdil mövqe göstərirlər. Lakin bu bizim Azərbaycana qarşı ikili standartlarla yanaşmamızı də üzə çıxarır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir parçasıdır, lakin biz eyni liderlərin kəskin dəstəyini Ukrayna məsələsində olduğu kimi eşitmirik. Böyük Britaniya BP şirkəti vasitəsilə Azərbaycanda ən böyük sərmayəçidir və münaqişənin yenidən qızışacağı təqdirdə biz çox şey itirəcəyik. İndi bizim üçün Dağlı Qarabağdakı vəziyyəti daha çox diqqətə almağın və məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, yüz minlərlə məcburi köçkün düşmüş azərbaycanlıların evlərinə qayıtmasının tam zamanıdır».
Emin
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












