DİN Bakının mərkəzindəki narkomanlar yuvası ilə bağlı hərəkətə keçdi - VİDEO

Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma yerinin ərazisinə toplaşan insanların mütəmadi olaraq narkotik qəbul etdiyi iddiası ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O bildirib ki, görüntülərdə əks olunan ərazi tam nəzarətə götürülüb:
“Həmin ünvanda neqativ halların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”.
“Əraziyə naryad qrupu 24 saat fasiləsiz xidmətə cəlb edilib”, - deyə DİN rəsmisi əlavə edib.
Qeyd edək ki, ötən gün Baku TV-nin əməkdaşları Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma olan ərazidə olublar.
İddia edilib ki, ərazidə toplaşan insanlar mütəmadi olaraq narkotik qəbul edir.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












