DİQQƏT! Bu avtobusların istiqaməti dəyişdirildi - FOTO

Bakıda altı müntəzəm marşrut xəttinin istiqaməti dəyişdirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə müntəzəm marşrut xəttinin bir neçəsinin hərəkət istiqamətində dəyişikliklər edilib.
Belə ki, dəyişikliyə əsasən, 15 və 22 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemi Qara Qarayev prospekti və (“Xalqlar Dostluğu” metro stansiyası) Babək prospektindən keçməklə, 70 nömrəli müntəzəm marşrut xəttinin Sabunçu qəsəbəsi istiqamətində hərəkət sxemi Cəmşid Naxçıvanski küçəsi və Qara Qarayev prospekti ilə təşkil edilib.
53 nömrəli müntəzəm marşrut xəttinin Badamdar qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Qurban Xəlilov küçəsi - Landau küçəsi - Şəfaət Mehdiyev küçəsi - Bəxtiyar Vahabzadə küçəsi - Hüseyn Cavid prospekti - Mikayıl Müşfiq küçəsindən keçməklə təşkil edilib.
33 nömrəli müntəzəm marşrut xəttinin 7-ci mikrorayon istiqamətində hərəkət sxemində dəyişiklik edilərək, Səməd Vurğun, Nəsib bəy Yusifbəyli küçəsi və Azadlıq prospekti ilə təşkil edilib. 78 nömrəli müntəzəm marşrut xəttinin başlanğıc dayanacaq məntəqəsi Azər Manafov küçəsi olmaqla, fəaliyyəti bərpa edilib.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











