Dolları çölə səpən idmançımız millidən qovuldu - VİDEO

Rio Olimpiadasının cüdo üzrə gümüş mükafatçısı Elmar Qasımov yığmadan kənarlaşdırılıb.
Oxu.Az-ın xəbərinə görə, idmançı həm son yarışlarda uğursuzluğa, həm də nizam-intizami pozduğuna görə millidən uzaqlaşdırılıb.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında ilk görüşdəcə uduzan idmançı bu səbəbdən millinin Nabrandakı təlim-məşq toplanışına aparılmayıb.
Həmçinin idmançı “Instagram”da paylaşdığı videoları ilə də son günlər gündəmdə idi. Onun bir gün əvvəl eyvandan dollar əskinaslarını havaya atması və buna dair çəkdiyi videonu “Pulu haramçılıqla qazananda” başlığı ilə paylaşması son hədd olub. Üstəlik, idmançı dünən paylaşdığı videoda iyunun 15-i tarixini əks etdirən gündə qırmızı balıq kürüsü ilə dolu qutunu açdığını nümayiş etdirib. Artıq bu idmançının millidə olmayacağını indidən demək olar.
Məsələ ilə bağlı idmançı ilə əlaqə saxlasaq da, o, zənglərimizə cavab vermədi.
Qeyd edək ki, 30 yaşlı Elmar Qasımov Olimpiadadan başqa, dünya, Avropa çempionatlarının, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının mükafatçısıdır. Budəfəki Olimpiadada 100 kq çəki dərəcəsində Azərbaycanı osetin əsilli Zelim Kotsoyev təmsil edəcək.
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?











