Dövlət Agentliyindən Eldar Əzizovun xəbərdarlığına REAKSİYA - "Bizim xidmət dairəmizdə deyil"

Son günlər yağan yağışlar Bakıda ciddi problemə çevrilib. Şəhərin mərkəzi küçə və prospektlərinə yağış suları piayada və sürücülərin hərəkətinə ciddi maneələr törədib. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair video konfrans formatında müşavirə keçirilib. Videomüşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə 2 gün öncə Bakıya yağan yağışla bağlı yaranan problemlərə toxunub. Bununla əlaqədar bəzi rayonların İcra Hakimiyyəti başçıları və bəzi xidmət sahələrinin rəhbərləri yol verilən nöqsanlara görə ciddi xəbərdar edilib.
Qeyd edilib ki, baxmayaraq ki, Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr, körpü və yollar “Azərsu” ASC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında və xidmət dairəsindədir, lakin bu İcra Hakimiyyətləri və kommunal xidmətlərinin üzərindən cavabdehliyi götürmür. İcra başçıları “Azərsu” ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verməklə özlərini kənarlaşdırmamalı, rayonlarda zəif yerləri müəyyən edərək, koordinator kimi çıxış etməli və həmin qurumlarla birgə mövcud problemləri aradan qaldırmalıdırlar.
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli cavablandırıb. O bildirib ki, Bakı şəhərində yaranan bu problemlər təmsil etdiyi qurumu da narahat edir:
"Çətinliklərin aradan qaldırılması üçün agentlik bir neçə ildir ki, ehtiyac olan halda yağış barmaqlarının yol kənarında quraşdırılmasına və gələn suyun axıdılması üçün borular vasitəsilə mövcud kollektora birləşdirilməsi işini həyata keçiririk. Məsələ burasındadır ki, bu sistem kollektor təmir işlərinin aparıldığı yaxın ərazilərdə olmalıdır ki, bu sistem yaradılsın və qoşulsun. Lakin kollektorların tikilməsinə və yağış sularının idarəedilməsi ilə məşğul deyilik. Kanalizasiya və yağış sularını yığan şəbəkələr bizim xidmət dairəmizdə deyil. Bu günə kimi mümkün olan yol kənarlarında bu sistem qurulub və kollektora qoşulub. Bakı şəhərinin bir çox ərazilərində bu sistem yoxdur. Bəzən sistem olsa da gücü çatmır. Həmin su yenidən qaynayıb yola çıxır".
A.Nəcəfli bildirib ki, hər il olduğu kimi bu il də maşın mexanizm və duz qum ehtiyatının toplanılmasına bu aydan başlanacaq: "Qış mövsümünə tam olaraq hazırıq. Amma bu o demək deyil ki, qış mövsümündə yollarda hansısa problem yaranmayacaq. Burada sürücülərin də, bizim və digər aidiyyatı qurumların üzərinə vəzifələr düşür. Bizim maşın mexanizm və duz-qum ehtiyatımız var və problem olduğu zaman qısa zaman ərzində tədbirlər görürük. Ən əsası qarlı havada sürücülər hazır olmalıdır ki, yollarda problemlər yaşanmasın".
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










