Dövlət Dəniz və Liman Agentliyi yaradıldı - Nə kimi yeniliklər olacaq?

Xəbər verdiyimiz kimi, bu gün dövlət başçısının fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Dəniz Agentliyinin və həmin Agentliyin tabeliyindəki qurumların əsasında vahid qurum olaraq Dövlət Dəniz və Liman Agentliyi publik hüquqi şəxsi yaradılıb. Avtosfer.az bildirir ki, bununla da Agentliyin adı dəyişməklə bərabər həmin qurumun fəaliyyət istiqamətləri genişləndirilərək səlahiyyətləri artırılıb. Belə ki, dəniz nəqliyyatı sahəsində tənzimləməni və nəzarəti həyata keçirən Agentlik, həm də dəniz limanlarında da dövlət nəzarətinin təmin edilməsi üçün tədbirlər görəcək.
Bununla yanaşı, sözügedən publik hüquqi şəxs gəmilərin təhlükəsiz hərəkətinin idarə edilməsini, gəmilər və limanlar tərəfindən ərazi sularında üzmə qaydalarının tələblərinə riayət olunmasını, habelə dəniz nəqliyyatı sahəsinə aid olan obyektlərin texniki göstəricilərinin Beynəlxalq Konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılmasını təmin edəcək.
Agentlik eyni zamanda gəmilərin qeydiyyatını və onların yoxlanmasını həyata keçirəcək, limanları fəaliyyətə başlamaq üçün yoxlayacaq və beynəlxalq müqavilələrə uyğun sənədlər verəcək.
Ümumiyyətlə, dəniz nəqliyyatı sahəsində vahid qurumun yaradılması nəticəsində Agentlik nəinki dəniz üzgüçülüyünün təhlükəsizliyi, dəniz ətraf mühitinin mühafizəsi və dənizçilərin hazırlanması sahəsində tədbirlər görəcək, həm də bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə də işlər yerinə yetirəcək.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bu fərmanı dəniz nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə, habelə Azərbaycanın dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi istiqamətində həyata keçirilən işin optimallaşdırılması və rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə imzalayıb.
Dövlət Dəniz və Liman Agentliyi həm də dənizdə ətraf mühitin qorunmasına çalışacaq ki, bu da son dövrlərin aktual problemlərindən biri idi. Dənizin çirklənməsi, çirkab suların nəzarətsiz halda birbaşa dənizə axıdılması hər kəsi narahat edirdi. Agentlik həm də bu problemi aradan qaldıracaq.
Agentlik dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında mühüm rol oynayacaq. Məsələn, çoxlarının arzusuna çevrilən dəniz taksilərinin, dənizdə turistik nəqliyyat sisteminin yaradılması uğurlu yeniliklərdən biri ola bilər.
Dənizdə insan həyatının və sağlamlığının qorunması olduqca önəmli bir məsələdir. Agentlik bu sahədə vahid bir mərkəzə çevriləcək.
Dəniz ətraf mühitinin mühafizəsi də Agentliyə həvalə olunan məsələlərdən biridir. Dənizdə mühafizə zolaqlarının qanunsuz zəbt edilməsinin qarşısını almaq birbaşa Agentliyə həvalə edilir. Eyni zamanda, gələcəkdə dəniz idmanı növünün yaradılması, dənizçiliyin geniş tədrisi də aktual bir mövzudur.
Elmin
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ











